Şəhid oğlunun tabutunu daşıyan Rəna ana...

Sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmənin genişmiqyaslı təxribatının qarşısını alarkən 71 igidimiz qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi. Kimisi oğul, kimi ata, kimisi qardaş idi...

"Şəhilərimiz var" ifadəsi bütün Azərbaycan üçün ən ağır cümlədir. Amma övladını şəhid verən atalar, anaların acısı sözlərlə ifadə olunmaz qədər ağırdır. Yenə onlar "Vətən sağ olsun" dedilər, yenə başlarını dik tutdular.

Bu dəfə də Zaqatalanın Yuxarı Tala kəndi... 23 yaşlı övladını şəhid verən Rəna ana oğlunu - Xüsusi Təyinatlı Qüvvələrin leytenantı Ömərov Sərxan Mübarizin tabutunu çiynində daşıdı. Rəna ana övlad itkisinin ağırlığına baxmayaraq başını yenə dik tutdu. Övladının son mənzilinə qədər yanında oldu.

Qarşınızda baş əyirik, Rəna xanım!

Qeyd edək ki, 23 yaşlı Sərxan Ömərov nişanlıydı, iki bacının yeganə qardaşı idi. 1999-cu il təvəllüdlü Sərxan Mübariz oğlu Ömərovun nəşi doğulduğu Yuxarı Tala kəndində torpağa tapşırılıb.

Bir 1 nəfər və hərbi forma şəkili ola bilər

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR