Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edib.

Bu barədə Metbuat.az-a Baş Prokurorluqdan məlumat verilib.

Faktla əlaqədar Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır.