Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə 90 yaşlı qadına qarşı oğlu və gəlini tərəfindən zorakılıq edilməsi ilə bağlı görüntülər yayılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu Metbuat.az-a bildirdi ki, məsələ araşdırılıb. Məlum olub ki, görüntülər 7 ay qabaq çəkilib:

" Dərhal aidiyyəti üzrə faktın araşdırılmasına başlanılıb.Ünvan müəyyən olunub. Qadının oğlu ərazi üzrə polis bölməsinə dəvət olunub. Məlum olub ki, videoda əksini tapan görüntülər 7 ay əvvəl çəkilib,hazırda isə yaşlı qadın Naxçıvan şəhərində qızının yanındadır. Faktla bağlı araşdırmalar davam etdirilir".

Həmçinin oxuya bilərsiniz: 90 yaşlı qadına gəlini və oğlu zorakılıq edir - DİN-dən AÇIQLAMA / VİDEO