Yaponiya sərhədlərini xarici turistlərə açır

Yaponiya Covid-19 pandemiyasına görə iki ildən çox bağlanan sərhədlərini peyvənd olunmuş xarici turistlərə açacaq.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, oktyabrın 11-dən etibarən turistlər ölkəyə vizasız gedə biləcəklər və artıq turizm agentliyindən keçməyə ehtiyac qalmayacaqlar.

Gündəlik gəlişlərlə bağlı məhdudiyyət də qaldırılacaq. Turistlər üç doza peyvənd statuslarını sübut edən sənədləri təqdim etməli və daxil olmaq üçün mənfi Covid test nəticəsi təqdim etməlidirlər.

Qeyd edək ki, ölkə iyun ayından etibarən turistlərə icazə vermişdi, lakin onlar turların bir hissəsi olmalı idilər.

Yaponiya Covid-19 pandemiyası səbəbiylə sərhədlərini bağlı saxlayan son Asiya ölkələrindən biri idi. Ölkədə ölüm nisbəti dünyanın ən varlı ölkələri arasında ən aşağı, peyvənd nisbəti isə ən yüksəkdir. Yaponiya höküməti, həmçinin da heç vaxt karantini və maska taxmağı məcburi etmədi, lakin bir çox yerli sakin qorunma üsullarını asanlıqla qəbul etdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı