Avropa Birliyindən İrana çağırış:

Avropa Birliyi İranda baş verən aksiyalarla bağlı bu ölkəyə müraciət edib.

Metbuat.az xəbər verir ki, təşkilat bildirib ki, İranın aksiyaları yatırmaq üçün sərt tədbirləri və sosial şəbəkələri ölkədə bloklaması qəbuledilməzdir:

"Biz İrandan etirazların zorakılıqla yatırılmasını təcili olaraq dayandırmasını və internetə çıxışla sərbəst məlumat axınını təmin etməsini gözləyirik. Biz həmçinin İrandan öldürülənlərin və saxlanılanların sayını açıqlamasını, zorakılıq tətbiq etməyən nümayişçiləri azad etməyi və məhbuslara lazımi rəftar göstərməsini gözləyirik".

Qeyd edək ki, İranda davam edən kütləvi etirazlardan vahiməyə düşən ölkə hakimiyyəti "Google", "Whatsapp", "Telegram", "Twitter" sosial şəbəkələrinə girişi məhdudlaşdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR