27 sentyabr qələbənin başlandığı gündür -

“27 sentyabr - Anım günü bizim təqvimdəki qara zolaqdan çıxmağımızın tarixi və ideoloji bazisinin təməlinin atıldığı ilk gündür. Ona görə də 27 sentyabr tarixini Milli Anım günü kimi deyil, Milli And günü kimi qeyd etməliyik”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib. Müsahibimiz bildirdi ki, təqvimdə qalibiyyətdən çox qara boyalı günlərimiz çoxdur. Amma, ilk dəfə 27 sentyabrda tarix əksinə çevrildi və bu günün də Milli And günü kimi qeyd olunması daha məqsədəuyğundur.

Ermənistan Azərabaycana qarşı tələblər irəli sürür -

“Biz 44 günlük Vətən müharibəsində and içərək döyüşə atılan şəhidlərin şəhadətinin sonunda bu qalibiyyəti, azadlığı, qələbəni əldə etdik. Onların missiyasının başlandığı gün təqvimdə qara boyalarla qeyd olunmamalıdır. Çünki məhz onların sayəsində xalq 30 illik işğaldan torpaqlarını azad edərək ağ günə çıxdı. Həmin günün başlanğıcı da qələbənin bir parçası sayılır. Biz çalışmalıyıq ki, qalibiyyət günlərinin sayı daha çox olsun. Hər bir And günü konkret tarixə bağlıdır amma Milli And günü konkret tarixə bağlı olsa da hələ də davam edir, yəni missiya 27 sentyabrda başlasa da sonu gəlib çatmayıb”.

Əziz Əlibəyli hesab edir ki, gələcək nəsillər keçmiş tarixin məğlubiyyət səhifələrini öyrətmək doğru deyil. Ekspertin fikrincə, bu uşaqlara, qorxaqlıq, məğlubiyyət, əziklik hissindən irəli gələn kompleks aşılaya bilər.

“27 sentyabr tarixini ideoloji baxışları üzərindən qurmaq gərəklidir. Uşaqlara 27 sentyabr tarixini öyrədərkən vətən anlayış və onun tarixi sərhədlərini izah etmək lazımdır. Onlara sosial, fəlsəfi, tarixi Azərbaycan anlayışlarının mahiyyətini şərh etmək vacibdir. Bizim tariximiz davam edən tarixə sahibdir, bitmiş deyil. Bu gün böyüyən gənclik məhz 27 sentyabr tarixini Milli And günü ruhunda qəbul edib bu tarixi missiyanı davam etdirməlidir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR