Avstriyanın ticarət məsləhətçisi AZPROMO-da olub

Azərbaycan-Avstriya arasında işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi təklif edilir.

Metbuat.az xəbər verir ki, bu barədə Avstriyanın Azərbaycandakı ticarət məsləhətçisi Gerhard Laknerlə Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev arasında keçirilən görüşdə qeyd edilib.

Y. Abdullayev Agentliyin fəaliyyəti, ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti, həyata keçirilən layihələr barədə məlumat verib.

Görüşdə Azərbaycan-Avstriya biznes forumunun keçirilməsi imkanları müzakirə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR