Tramp “Şimal axını”nda baş verənlərdən danışdı:

““Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində dağıntılara səbəb olan “təxribat” eskalasiyaya və hətta müharibəyə səbəb ola bilər.”

Metbuat.az xəbər verir ki, bu fikirləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Truth Social ” sosial şəbəkəsində deyib. O bildirib ki, Almaniyadan və Avropanın digər yerlərindən gələn boru kəmərlərinə etibar etmək zərərli ola bilər.

““Şimal axını və “Şimal axını 2” boru kəmərləri ilə bağlı baş verənlər uzunmüddətli perspektivdə mühüm hadisə sayılır. Mən prezident olduğum illərdə bu barədə açıqlama verib demişdim ki, boru kəmərlərinin Almaniya və Avropa hissəsinə qarşı diqqətli olmaq lazımdır. O zaman bunları eşidənlər mənim sözlərimə gülürdülər. Bu “təxribat”a bənzəyir, nəticəsi müharibəyə gətirib çıxara bilər.”

Qeyd edək ki, “Şimal axını” sisteminin dəniz qaz kəmərlərinin eyni gündə üç xəttində mübhəm və təhlükəli dağıntı baş verib. Rusiyanın “Nord Stream” qaz kəmərinin operatoru olan “Nord Stream AG” şirkəti Baltik dənizində üç boru xəttinin eyni vaxtda dağılması ilə bağlı açıqlama yayıb. Bildirilib ki, “Şimal axını” sisteminin dəniz qaz kəmərlərinin eyni gündə üç xəttində baş vermiş qəza görünməmiş bir hadisədir, qaz nəqli infrastrukturunun bərpasının vaxtını hələlik təxmin etmək mümkün deyil.

Hadisə ilə bağlı Rusiya tərəfi “Şimal axını-1” və “Şimal axını-2" qaz kəmərlərində təxribatın baş verməsi ehtimalını istisna etmir.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, ekspertlərin rəyi açıqlanana qədər hər hansı variantı istisna etmək olmaz: “Çox narahatıq. Söhbət boruda hələlik məlum olmayan bəzi dağıntılardan gedir. Bu, tamamilə görünməmiş bir hadisədir və təcili araşdırma tələb edir.”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR