Deputat marketlərdən şikayətləndi:

"Piştaxtadan kassaya qədər qiymət necə qalxdı? Belə inflyasiya olmur"

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev marketlərin süni qiyməti artımına münasibət bildirirərkən deyib:

"Supermarketlərdə yeni növ fırıldaqlar başlayıb. "Bakkuş"un qiyməti 1 manat 45 qəpikdir. İstəyirsən alıb yetim-yesir uşaqlara verəsən. Aldığın məhsulların çekinə baxanda isə "bakkuş"un qiyməti 1 manat 90qəpik olub. Piştaxtadan kassaya qədər qiymət necə belə qalxdı? Belə inflyasiya olmur. Belə sürətli inflyasiya heç Keniyada da olmayıb", -deyə deputat bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR