Gülağa müəllimə bu məşhur aparıcının müəllimi olub -

Sosial şəbəkələrin gündəmindən düşməyən Gülağa müəllimə "Ümidlə gəl" ictimai-sosial verilişində maraqlı açıqlamalar edib.

Metbuat.az xəbər verir ki, Gülağa müəllimə proqramda məşhur aparıcı Lalə Azərtaşın müəllimi olduğunu açıqlayıb.

"Mən Lalə Azərtaşı hazırlaşdırmışam, sinif rəhbəri olmuşam.Bütün tələbələrimə öz balam kimi yanaşmışam. Lalə heç zaman söz çevirməzdi. O, mənim balamdı", - deyə Gülağa müəllimə bildirib.

Həmçinin sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədova da dərs dediyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR