İsveçin paytaxtı Stokholm şəhərində Fizika üzrə 2022-ci il Nobel mükafatı qaliblərinin adları açıqlanıb.
Metbuat.az xəbər verir ki, fizika üzrə 2022-ci il Nobel mükafatı qalibləri fransız fizik, kvant optikası üzrə mütəxəssis Alain Aspect, kvant mexanikası üzrə ixtisaslaşmış amerikalı fizik John F. Clauser və kvant informasiyası sahəsində çalışan avstriyalı alim Anton Zeilinger olub.
