Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Şuşa” medalı ilə təltif olunub.

Metbuat.az xəbər verir ki, bu barədə səfir tviterdə bildirib.

"Şuşa ilində “Şuşa medalı” ilə təltif olunmağım mənim üçün böyük şərəfdir. Azərbaycanın Mədəniyyət naziri Anar Kərimova təşəkkürümü bildirirəm. Şuşa Bəyannaməsinin tələbləri çərçivəsində Türkiyə-Azərbaycan əlaqələrinin bütün sahələrdə inkişafı üçün səylə çalışırıq", - diplomat qeyd edib.