Ərdoğanın çağırışına Putindən GÖZLƏNİLMƏZ CAVAB -

Rusiya Şimali Kipr Türk Respublikası ilə diplomatik əlaqələri genişləndirir.

Metbuat.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. İddialara görə, adını açıqlamayan Rusiya hökumətindəki yüksək rütbəli nümayəndə yerli mediaya açıqlamasında bildirib ki, Moskva Şimali Nikosiyada konsulluq açmağı planlaşdırır. Bildirilir ki, bu, Şimali Kipr Türk Respublikasının Rusiya tərəfindən tanınması istiqamətində böyük həmlədir. Məlumatda bildirilir ki, Şimali Kipr Türk Respublikasında 10 min rus yaşayır. Konsulluq onlara xidmət etmək üçün açılacaq.

Qeyd edək ki, ABŞ Kipr Respublikasına qarşı silah embarqosunu ləğv edəndən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya dövlətlərini Şimali Kipr Türk Respublikasını tanımağa çağırmışdı.

Əlavə edək ki, 1974-cü ildə başlanan Kipr Hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib. Şimali Kiprin müstəqilliyi təkcə Türkiyə tərəfindən tanınır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi təmsilçiliyi fəaliyyət göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR