Elm adamları min illər bundan əvvələ aid qətlin üstünü açıblar -

Eramızdan əvvəlki insan cəmiyyətlərində zorakılıq nə qədər geniş yayılmışdı? Erkən insan qalıqlarında travmanın olub-olmadığını araşdırmaq bunu öyrənməyin bir yoludur.

Metbuat.az "SciTechDaily" nəşrinə istinadən xəbər verir ki, nümunə olaraq, Kolumbdan əvvəlki qalıqların son təhlilində kişilərin 21%-ində zorakılıqla bağlı travma əlamətlərinin olduğu üzə çıxıb.

Bu tip tədqiqatların əksəriyyəti hazırda kəllə və skeletin digər hissələri üzərində aparılan araşdırmaların ətrafında cəmlənib, lakin qorunub saxlanmış yumşaq toxumaları ilə mumiyalar daha zəngin məlumat mənbəyi ola bilər.

"Frontiers in Medicine" jurnalında dərc olunan son araşdırmada tədqiqatçılar 3D kompüter tomoqrafiyasından (3D CT) istifadə edərək 19-cu əsrin sonlarından bəri Avropa muzeylərində qorunub saxlanılan üç mumiyanı araşdırıblar. Həmin mumiyalar Kolumbdan əvvəlki dövrdə Cənubi Amerikaya məxsusdur.

Görüntülərdə qeyd edilib ki, araşdırılan üç Cənubi Amerika mumiyasından ikisində ölümcül travma əlamətləri var.

"Əgər bu insan qalıqları sadəcə skeletlər olsaydı, aşkar etdiyimiz travma növlərini aşkar etmək mümkün olmazdı”, Dr. Andreas G Nerlik, Almaniyanın Münhen Klinikasının Bogenhausen Patologiya şöbəsinin professoru, tədqiqatın müvafiq müəllifi qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR