"SEPAH-ın təlimləri Zəngəzur dəhlizinin açılmasına qarşı yönəlib"-

"İran İslam İnqilabı Keşikçilər Korpusu - SEPAH-ın Azərbaycanın sərhədlərinə yaxın ərazidə hərbi təlimlər keçirməsi əsasən, Zəngəzur dəhlizinin açılmasına qarşı yönəlib".

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirdi ki, İran Zəngəzur dəhlizin açılması müstəvisində müdaxilə etmə ssenarisi üzrə məşq edərək, regionda geosiyasi transformasiyanı qəbul etmək istəmir.

"Rəsmi Yerevan dəhlizin açılmasına razılaşacağı təqdirdə İranın mövqeyi xüsusi əhəmiyyət kəsb etməyəcək. Ermənistan rəhbərliyi 10 noyabr Birgə Bəyannamənin 9-cu bəndini yerinə yetirmədiyinə görə Tehran hazırkı ritorika sərgiləyir. Azərbaycan qoşunları Zəngəzur dəhlizinin açılması istiqamətində hərbi hərəkətlilik edərsə, İran qoşunlarının Zəngəzur istiqamətində əməliyyat keçirməsi Türkiyə, İsrail və Səudiyyə Ərəbistanı ilə toqquşmasına gətirib çıxara bilər".

Politoloq hesab edir ki, bu yaxınlarda İsrail, Səudiyyə Ərəbistanı və Türkiyə müdafiə nazirlərinin Bakıya səfəri İranın son aylarda sərhəddə keçirdiyi hərbi təlimlərə cavabdır.

"İran Qərbə qarşı iki cəbhədə yer alir. Birinci, Rusiya Ukrayna müharibəsində Qərbin əleyhinə olaraq Moskvanı silahla təchiz edir. İkinci, "Zəngəzur" dəhlizinə qarşı olaraq Qərbin geosiyasi layihəsinin reallaşdırılmasına qarşıdır. İran daxilində etirazların davam etməsinə baxmayaraq öz geosiyasi ambisiyalarından geri çəkilmir. Qeyd edim ki, indiki etirazlar əvvəlki etirazlardan fərqli olaraq Qərbin layihəsi əsasında davam edir. Xüsusilə, ABŞ prosesi idarə edir. Bu etirazlarda liderin önə çıxmaması əsasən, xaos şəkilində etirazlarin davam etməsinə hesablanır. Bu kimi etirazlarla mərkəzi hakimiyyəti zəiflətməyin əsas strateji xəttidir. Çünki, liderin ortaya çıxması İran hakimiyyətinin onu zərərləşdirəndən sonra etirazları yatirması mümkün olur. Bu etirazlarda əsas katalizator əsasən kürdlərdi".

M. Əsədullazadə qeyd etdi ki, kürdlər digər millətlərdən fərqli olaraq silahlı və müəyyən təşkilatlanmaya malikdir. Xaotik şəkildə davam edəcək etirazlar silahlı vətəndaş qarşıdurmasına keçməsi istisna deyil.

"Belə olan təqdirdə Azərbaycan İranda gedən prosesləri yaxından izləməli və İranın xarici düşmən taktikasını işə salıb, regionda hərbi vəziyyəti gərginləşdirməsinə hazır olmalıdır",- deyə politoloq qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR