Dəhşətli hadisə: Məzarlıqda cəsədlər yoxa çıxdı -

Nigeriyanın Bayelsa əyalətindəki məzarlıqda çox sayda məzar dağılıb və cəsədlər yoxa çıxıb.

Metbuat.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Məlumata görə, yerli sakinlər bəzi cəsəd qalıqlarına məzarlıqdan bir neçə kilometr məsafədə rast gəliblər. Bildirilir ki, cəsədlərin əraziyə yayılmasına səbəb güclü sel olub. Sel məzarları dağıdaraq, cəsədləri digər əraziyə daşıyıb.

Qeyd edək ki, Nigeriyada bir neçə gündür aramsız yağışlar var. Bir neçə əyalətdə sel olub. 600-dan çox insan ölüb. Təbii fəlakət 1 milyondan çox insana zərər vurub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR