"İran Azərbaycana qarşı hərbi əməliyyatlar keçirə bilməz" -

"İranın sərhədlərimizdə keçirdiyi hərbi təlim Azərbaycanı müharibə ilə hədələməkdir".

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. Analitikin fikrincə, Azərbaycan Güney Azərbaycan məsələsini rəsmi səviyyəyə qaldırmalı, mühacir güneyliləri Bakıya dəvət edərək bir konfrans keçirilməsi vacibdir.

"Güneydə İran rejimi tərəfindən həbs edilən güneyli siyasi fəalların azad olunması istiqamətində komitə yaradılmalıdır. İrana qarşı əlimizdə rıçaqları işə salmalıyıq. İranın Ukraynaya qarşı müharibədə Rusiyanı silahlandırmasi Avropanın bu ölkəyə sanksiyalar tətbiq etməsi ilə nəticələnəcək. İran Azərbaycana qarşı hərbi əməliyyatlar keçirə bilməz. Türkiyə ilə toqquşa bilər".

Politoloq qeyd etdi ki, İran Azərbaycana qarşı müharibə aparmaq təlimi keçirir. Ermənistanla birgə anti-Azərbaycan siyasəti ortaya qoyub. İranla təmkinli davrandıqca Tehran molla rejimi təhlükəsizliyimizi təhdid edir. M.Əsədullazadə fikirlərinə onu da əlavə etdi ki, Azərbaycan İsraildə öz səfirliyini açmalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR