İran hərbçiləri Ukraynanı bombalayıb: Tehran müharibəyə qoşuldu -

“ABŞ hesab edir ki, İran birbaşa Rusiyanın Ukraynadakı müharibəsinə qoşulub”.

Metbuat.az xəbər verir ki, bu barədə “Ağ ev”in Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi belə açıqlama verib. O bildirib ki, İranın Rusiyaya PUA tədarük etməsinə dair kəşfiyyat məlumatları var. “Bizdə olan məlumatlara görə, İran hərbçiləri Krımda olub və Ukrayna şəhərlərinin İran PUA-ları ilə vurulması zamanı ruslara kömək edib” - Kirbi deyib.

Qeyd edək ki, ABŞ Rusiyaya PUA tədarük etdiyinə görə, İrana sanksiya tətbiq edə biləcəyini açıqlayıb. Avropa Birliyi isə İrana qarşı artıq sanksiya tətbiq edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR