Ulu Öndərin dövlət gənclər siyasətini uğurla davam etdirən gəncimiz Səma Vahabzadə -

Azərbaycanda könüllülük fəaliyyəti gənclər arasında sürətlə davam etməkdədir.

Könüllülük hər hansı bir şəxsin öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyətidir. Bu fəaliyyət altruistik sayılır və insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlməklə yanaşı, həmin fəaliyyətlə məşğul olanların öz bacarıqlarını inkişaf etdirməsinə imkan yaradır. Hazırda dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən milyonlarla könüllü var.

Metbuat.az xəbər verir ki, ölkəmizdə könüllülük sahəsində böyük uğurlara imza atan gənclərimizdən biri də Səma Vahabzadədir. Səma Bəxtiyar qızı Vahabzadə 19 iyun 2003-cü il tarixində Bakı şəhərində dünyaya göz açıb. Aktivlik və könüllülük işlərinə isəhələ gənc yaşlarından başlayıb.

Xüsusi bacarıqlarına görə digər gənclərdən fərqlənən S.Vahabzadə Azərbaycanda keçirilən "Formula 1 Azərbaycan" 2022 yarışlarında da göstərdiyi könüllü fəliyyətlərinə görə seçilib. Bundan əlavə o, Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Boccia İdman Federasiyasında və s. aktiv işlərinə görə təşəkkürnamə və sertifikatlarla təltif olunub. Sosial şəbəkə hesablarında siyasi paylaşımları ilə diqqət cəlb edir. Eyni zamanda 19 yaşlı gəncimiz işğaldan azad olunan Ağdam rayonuna da səfər edərək uğura imza atıb. Tarixi və qədim, əzəli torpağımız olan Ağdama səfəri zamanı gənc könüllümüzün təəssüratlarını sizinlə bölüşürük:

"Ağdama gedəcəyimi eşitdiyimdə çox həyəcanlanmışdım. İnsana yuxu kimi gələn o ərazilərə gedəcəkdim.Yol boyunca da bu həyəcan məndə davam etdi. İşğaldan azad olunan ərazilərimizə çatırdıq. Bu doğma, məşəqqətlərə təkbaşına sinə gələn torpaq, sanki öz dərdini unudub övladlarına qucaq açır. Həyəcanla avtobusun pəncərəsindən çölə baxıram. Yol boyu keçirdiyim sevinc, xoşbəxtlik hissi buz kimi dondu yanaqlarımda… düşmən tərəfindən dağıdılmış, daşı daş üstündə qalmamış Ağdamımız… Bölünməz Vətənimizin bir parçası olan Ağdamımız, illərlə gözü yolda qalan Ağdamımız, çox uzun çəkdi qayıtmağımız, amma bax, biz gəldik, evimizə gəldik… Qarabağın dağ çəkilən, viran olan, dağıdılan, hər cürə təcavüzə və təcavüzə məruz qalan halı belə cənnətdir. Ağdamın girişində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə “Bir” Tələbə-Könüllülər olaraq ağacəkmə aksiyasında iştirak etdik. Doğma Qarabağ torpağımıza əkilən hər fidan sanki bir ümid işığı idi, sanki yeni bir ruh idi. Sonra Şəhid ailələri ilə görüşdük. Onlara deyiləcək söz insanın boğazındaca düyünlənirdi",- deyə qeyd edib.

Xatırladaq ki, gənc könüllü Səma Vahabzadə Azərbaycan Dillər Universitetinin III kurs tələbəsidir.

Davud Tarverdiyev
Metbuat.az





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR