Azərbaycanda iş adamı faciəvi şəkildə öldü -

Mingəçevirdə aptek sahibi özünü güllələyib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Günəş küçəsində baş verib.

Belə ki, 1952-ci il təvəllüdlü Bəxtiyar Səmədov ov tüfəngi ilə özünü güllələyib.

Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR