Xersonda İNANILMAZ HƏMLƏ -

Rusiya ordusu Ukraynada strateji ərazi hesab olunan Xersondakı bəzi mövqelərindən geri çəkilir.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat verib. Bildirilir ki, Rusiya ordusu Dnepr çayı ətrafındakı mövqelərindən geri çəkilməyə başlayır. Məlumata görə, geri çəkilənlər ordunun “elit qruplarıdır”. Ön sırada saxlanılanlar isə Rusiya ordusu üçün “önəm kəsb etməyən qruplardır”. Bildirilir ki, geri çəkilən qruplar arxa cəbhədə güclü müdafiə xəttləri qurur. Açıqlamada deyilir ki, Ukrayna ordusunun hücumları rusları müdafiə olunmağa məcbur edib.

Qeyd edək ki, Xerson Rusiyanın ilhaq etdiyi ərazilərdən Krıma gedən tək quru yolu olduğuna görə, böyük əhəmiyyət kəsb edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR