DSMF-nin rəhbəri Avropa Şəbəkəsi İdarəetmə Komitəsinin sədri seçildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Mərakeşdə keçirilən Dünya Sosial Təminat Forumu çərçivəsində keçirilmiş iclaslarda dünya ölkələri təmsilçilərinin səsverməsi ilə BSTA-nın Bürosunun üzvü və Avropa Şəbəkəsi İdarəetmə Komitəsinin sədri seçilib.

Metbuat.az-a Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, H.Məmişovun sədr seçildiyi İdarəetmə Komitəsinə Azərbaycanla yanaşı, 9 ölkənin (Türkiyə, Macarıstan, Polşa, Belçika, Fransa, Qazaxıstan, Niderland, Böyük Britaniya,İtaliya) müvafiq qurumlarının rəhbərləri üzv seçilib.

1927-ci ildə təsis edilmiş BSTA 160-dan çox ölkənin 330-dək sosial təminat qurumunu özündə birləşdirən və dünyadasosial təminata hərtərəfli dəstək üzrə qlobal kampaniyaya rəhbərlik edən beynəlxalq təşkilatdır.

Həmin Təşkilatın ali idarəetmə orqanlarında təmsil olunmaq, eləcə də sədrlik etməklə, Fond beynəlxalq təşkilatın fəaliyyəti üçün mühüm əhəmiyyətə malik qərarların qəbul edilməsində, büdcə strategiyasının və prioritet hədəflərin müəyyənləşdirilməsində, əldə olunan nailiyyətlərin qiymətləndirilməsi və həmçinin maliyyə məsələləri üzrə qərarların verilməsində yaxından iştirak edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR