Ağ evin Cənubi Qafqazla bağlı addımları Putini narahat edir -

“Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir”.

Bu fikirləri ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedan Patel brifinqdə deyib. O, bildirib ki, ABŞ hər iki ölkənin liderlərini onlar üçün faydalı olan istənilən formatda görüşməyə çağırıb: “Bizim baxışımız budur ki, birbaşa dialoq bu məsələlərin həllinin və uzunmüddətli sülhə nail olunmasının açarıdır”.

Patel qeyd edib ki, ABŞ hər zaman Cənubi Qafqazın hər üç ölkəsinin suverenliyi və müstəqilliyini dəstəkləyib.

Patelin fikirlərinə münasibət bildirən siyasi şərhçi Kənan Novruzov Metbuat.az-a bildirdi ki, Vaşinqtonun nəzərdə tutduğu, çox güman ki, Moskvadır və ya Avropa İttifaqıdır.

”İndi Cənubi Qafqazda Rusiya, ABŞ və Aİ arasında ciddi mübarizə gedir. Hər biri çalışır ki, regiondakı təsir gücü daha çox olsun. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində son zamanlar Aİ-nin xüsusi təşəbbüskarlığı aydın hiss olunur. Və etiraf etmək lazımdır ki, Aİ-nin təşəbbüsləri konsesun əldə olunması istiqamətində effekt verir. Bu mənada düşünmək olar ki, Ermənistanla Azərbaycan arasında yükun sülh sazişinin imzalanmasında ən real vasitəçi Aİ-dir. Bu, kimsəyə, o cümlədən də ABŞ-a sirr deyil. Minsk Qrupunun 30 il ərzində bacarmadığı iş istiqamətində Aİ mühüm addımlar atır. Yəni Ağ evin ABŞ-la bağlı hansısa mənfi fikir səsləndirməsinin yeri yoxdur”.

Kənan Novuzov qeyd etdi ki, Ağ evin addımları Rusiyanın Cənubi Qafqazdakı təsir gücü tədricən azalır. Elə buna görə də Kreml rəhbəri narahatdır.

”Kreml Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Niol Paşinyanın iştirakı ilə Rusiyada növbəti dəfə üçtərəfli görüş keçirmək niyyətindədir. Rəsmi Moskvanın təlaşının səbəbi artıq məlumdur: şimal qonşumuz regiondan təcrid olunmaq istəmir. Lakin sonrakı peşmanlıq fayda vermədiyi kimi, adətən sonrakı səylər də nəticəsiz qalır. Bunu Rusiya kimi, ABŞ da bilir. Ağ ev başa düşür ki, bundan sonra Rusiya Cənubi Qafqazda hansısa ciddi irəliləyişə nail ola bilməz. Ona görə də Patel belə açıqlama verib. Yəni Vaşinqton əslində səmimi deyil. ABŞ-ı düşündürən regiondakı sabitlik deyil. Sadəcə elə görünmək istəyir. Düşünürəm ki, Ağ evin sözügedən bəyanatı tamamilə səmimilikdən kənardır və manipulyasiya xarakteri daşıyır”,- deyə Kənan Novruzov qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR