Əliyevlə görüşdən sonra Putindən Ərdoğan barədə diqqətçəkən sözlər -

Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidentli İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan 3-lü görüşdən sonra “Taxıl sazişi” barədə danışıb.

Metbuat.az xəbər verir ki, o mətbuata açıqlamasında bildirib ki, Rusiyanın sazişi dayandırmasının səbəbi Qara dənizdə Ukraynanın rus gəmilərinə qarşı hücumudur. Putin bildirib ki, həm sualtı vasitələr, həm də dronlar taxıl üçün yaradılmış dəhlizdən qismən istifadə ediblər. Putin bu vəziyyətin rus hərbi gəmiləri üçün təhlükə olduğunu ifadə edib.

“Biz taxıl sazişindən çıxdığımızı demirik. Fasilə verdiyimizi deyirik. BMT bu sazişin tərəfidir. Ukrayna ilə işləsinlər. Ukrayna Rusiyanın yük gəmilərinə təhdid olmayacağına zəmanət verməlidir”- Putin deyib.

Rusiya lideri Avropaya təbii qaz tədarükü üçün Türkiyədə qovşağın qurulmasından danışarkən qeyd edib ki, Moskvanın təklifi açıqdır. Rusiya avropalı alıcılarla razılığa gəlməkdə çətinlik çəkdiyi üçün belə qərar verib.”

““Şimal axını” boru xəttində baş verən partlayış terror hücumudur. Bu hadisələr Danimarka, İsveç və Almaniyanın nəzarətindəki ərazidə baş verdiyi üçün bizə buna nəzarət etmək çətindir. Bu mənada Türkiyə ilə işləmək bizə daha asandır. Birincisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sözünün ağası olduğu üçün razılığa gəlmək bəlkə çətin ola bilir. Lakin bir məsələdə razılığa gəliriksə onu həyata keçirmək üçün çalışırıq. İkincisi Qara dəniz sularına nəzarət etmək bizim üçün asandır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR