Rusiya səfərbərliklə orduya çağrılan 87 min nəfəri cəbhəyə göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə müdafiə naziri Sergey Şoyqu məlumat verib. O bildirib ki, digərlərinin təlimi davam edir. 87 min nəfər isə təlimi tamamladıqdan sonra toqquşmaların baş verdiyi ərazilərə cəlb edilib. Şoyqunun sözlərinə görə, daha 120 min orduya cəlb ediləcək. Lakin onlar müharibə gedən ərazilərə göndərilməyəcək.

Qeyd edək ki, Prezident Vladimir Putinin elan etdiyi qismən səfərbərlik çərçivəsində 300 min nəfər orduya cəlb edilib.