Bakıda azyaşlı bıçaqla hədələnib.

Metbuat.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 2-də Bakı şəhər sakini olan bir azyaşlını bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Ağsu rayon sakini R.Əsgərova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.