Xərəkdə meydandan çıxarılan Şahruddindən

"Turan Tovuz"la matçda zədələnən "Qarabağ"ın qolkiperi Şahruddin Məhəmmədəliyev durumu ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, o, instaqram hesabında vəziyyətinin yaxşı olduğunu bildirib:

"Mənə görə narahat olan hər kəsə təşəkkür edirəm. Mən yaxşıyam. Təşəkkürlər Tovuz".

Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış oyunda "Turan Tovuz"la qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Həmin matçda Məhəmmədəliyev boynundan xəsarət alıb. Matçın son dəqiqələrində çıxışda komanda yoldaşı Bədavi Hüseynovla toqquşan Şahruddin boynu üstə yerə düşüb. Hakimlərin ilkin müdaxiləsi ilə ayağa qalxan təcrübəli qapıçı görüşü davam etdirib.

Lakin final fitindən sonra yerə yıxılan qolkiper meydanı xərəkdə tərk edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR