Rekord təklif:

PSJ “Fənərbaxça”nın istedadlı futbolçusu Arda Güləri transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Fanatik” qəzeti PSJ-nin hazırladığı təklifin bəzi detallarını yazıb. Bildirilir ki, PSJ Türkiyə təmsilçisinin Arda Gülər üçün tələb etdiyi 25 milyon avronu ödəyəcək. Arda Gülərə təklif ediləcək məvacib də yüksəkdir. Məlumata görə, 17 yaşlı futbolçu ilə “Arsenal”, “Napoli” və Avropanın digər nəhəng klubları da maraqlanır. PSJ Arda Gülər üçün 25 milyon avro ödəsə, bu, yaşı 18-dən az olan futbolçu üçün ödənilən ən yüksək məbləğ olacaq.

Qeyd edək ki, yaşı 18-dən az olan futbolçu üçün ən yüksək məbləği “Bavariya” ödəyib. "Bavariya" “Renn” klubundan Matis Teli 20 milyon avroya transfer edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR