Papa İstanbulda törədilən terror aktını pislədi

Roma Papası Fransisk İstanbulda törədilən terror aktını pisləyib.

Metbuat.az xəbər verir ki, Papa Fransisk İstanbulda baş verən partlayışla əlaqədar başsağlığı məktubu ünvanlayıb, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Baş verənlərə görə dərin kədərləndiyini deyən Roma Papası heç bir zorakılıq aktının türk xalqının qardaşlıq, ədalət və sülh dəyərlərinə əsaslanan bir cəmiyyət qurmaq səylərinə mane olmaması üçün dua etdiyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR