Ermənistana "atalıq" edən İranı gələcəkdə yaxşı heç nə gözləmir -

“Bu gün İrandakı etirazlarda təkcə azərbaycanlılar səsini ucaltmır. İranın bütün ərazilərində - Güney Azərbaycan, kürdlərin kompakt yaşadığı bölgələ, bütövlükdə etnik azlıqların hamısı, hətta paytaxt Tehranda belə fars kimlikli insanlar böyük etiraz aksiyalarına qoşularaq rejimə qarşı üsyan edirlər”.

Bu fikirləri Metbuat.az-a Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov deyib. Baş verənləri sırf azərbaycanlıların ayağına bağlamaq cəhdləri güdən rəsmi Tehranın dəfə nə qədər irqçi və şovinist zehniyyətə malik olduğunu xatırladan müsahibimiz bildirdi ki, İranın bu cəhdlərinə nəyinki öz xalqı hətta bütün dünya ictimaiyyəti hal-hazırda tamaşa edir.


Tural İsmayılov

“Bu bir fakt sayılır ki, İran uzun illərdir 40 milyon azərbaycanlının elementar ana dili hüquqlarına hörmət etməyib. Bu gün İranda yaşayan ovuc qədər ermənilərin ana dilində qəzetləri, mediaları var, onlara qarşı hər cür şərait yaradılıb. Amma azərbaycanlılar həmin hüquqlarla təmin edilməyib. Hətta İranın Azərbaycan dilində guya yayım edən kanalları belə birbaşa rejim tərəfindən idarə edilir. Daim Azərbaycan və Türkiyə əleyhinə təbliğatlar aparılır. Biz tarixdə çox uğurlu -Səttar xan, Xiyabani kimi hərəkatların şahidi olmuşuq və eyni zamanda dəfələrlə Təbrizdə, Urmiyada və digər Güney Azərbaycan şəhərlərində İranın insan haqları ilə bağlı, özəlliklə azərbaycanlıların hüquqları ilə bağlı tətbiq etdiyi qanunsuzluqlara, etirazların səsini eşitmişik. Amma bugünkü aksiya təkcə Güney azərbaycanlıların milli haqlarını tələb etdiyi aksiyalarla xarakterizə olunmur. Bu gün İranda bütün cəmiyyət ayağa qalxıb. Həmin aksiyalarda İran xalqı həm daxili, həm xarici siyasət kursunun əleyhinə öz fikirlərini səsləndirir. Amma maraqlı və önəmli fakt da odur ki, bu aksiyalarda bu günə qədər hansısa islam dininə aid dəyərlər təhqir edilməyib. Aksiyada iştirak edənlər bütün dünya müsəlmanlarına hörmət etdiyi şəxsiyyətlərə, yaxud onlara aid simvollara qarşı hansısa bir düzgün olmayan hərəkət nümayiş etdirmirlər. Xalq sadəcə olaraq indiki istibdad rejiminə, dırnaqarası dəyərlərə qarşı öz etirazını bildirir.”

Hazırda İranın gələcəyini heç də yaxşı nəticələrin gözləmədiyini qeyd edən Tural İsmayılov söylədi ki, İranın bu aqressiv siyasət kursuna görə ciddi sanksiyalarla üzləşdiyi də məlumdur. Rusiya Ukrayna savaşında da İran ikiüzlülük edərək bu gün beynəlxalq hüquqdan kənarda durduğunu xatırladan müsahibimiz vurğuladı ki, “Şahid” dronlarını Rusiyaya verən İran bunu da riyakarcasına yalanlayır. Halbuki ortada ciddi faktlar var və bununla bağlı biz bütün dünya gündəmini məşğul olduğu da aşikardır.

“Ermənistan dövləti 30 il ərzində Azərbaycanın dini abidələrinə qarşı mədəni vandallıq aktı həyata keçirib. Yəni bizim daim obyektivliyinə və qərəzli olmağına görə tənqid etdiyimiz ABŞ Dövlət Departamenti belə hesabatlarında fotoqraf Reza Deqatinin Azərbaycan dini və mədəni abidələrini erməni vandallığına məruz qalmağı məsələsini qaldırmağını təqdir etmişik. Yəni İran, ABŞ Dövlət Departamenti qədər də olmağı bacarmadı. Onlar bu günə qədər bir dənə Azərbaycan məscidinin, Azərbaycan dini abidələrinin ermənilər tərəfindən soyqırıma, terrora məruz qalmağına etiraz eləməyib. Biz hansısa “Sepah” komandanının dilindən eşitmişik ki, Ermənistan 30 il ərzində Azərbaycan məscidlərində donuz saxlayıb. İran necə İslam ölkəsidir ki, həmin o məscidləri, dini abidələri təhqir edən dövlətin bu gün ayağında qalıb. Digər tərəfdən də həqiqi İslam ölkəsi bu gün sorosçuların, Qərb imperialistlərinin peşkəşinə çevrilib. İran ATƏT, ABŞ Dövlət Departamentinin siyasi direktivləri ilə birbaşa Avropa və ABŞ imperializminin regiondakı siyasi maşası rolunda çıxış edən Ermənistanı özünə müttəfiq görür. Ətrafında yalnız müsəlman dövlətləri olan İran onlarla normal münasibət qura bilmirsə, bu o deməkdir ki, İran dini dəyərlərə də hörmət etmir. İran İslam dəyərlərindən istifadə etməyə çalışır. İslamı özünün siyasi manipulyasiya vasitəsinə çeviribdir və ona görə hesab edirəm ki, bu gün İranın İslam adından danışmağa heç bir mənəvi və hüquqi haqqı yoxdur”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR