​“Azərbaycanla müharibə etmək İran üçün sui-qəsd olar” -

“Azərbaycan İran münasibətlərinin bundan sonra yaxşılaşmağı birbaşa İrandan asılı olan bir məsələdir”.

Bu fikirləri Metbuat.az-a Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov deyib. Politoloq xüsusilə vurğuladı ki, Azərbaycan dövləti heç bir zaman hansısa xarici təşkilatlarda İran əleyhinə qətnamələrin qəbul edilməyində iştirak etməyib, hansısa üçüncü tərəflərin Azərbaycan ərazisindən İran da daxil olmaqla, onun qonşularına qarşı istifadə edilməyinə şərait yaratmayıb.

Ictimai sabitlik deyerdir! - Tural İsmayılov yazır

Tural İsmayılov

“Ölkəmizin İrana qarşı münasibəti hər zaman dürüst və səmimi olub. Cənab Prezident işğaldan azad edilən İranla sərhəd bölgələrə səfər edərkən həmin bölgələr dost sərhədi, İranı isə dost dövlət hesab etdiyini vurğulamışdır. Lakin bütün bu faktorlara baxmayaraq, 30 il ərzində İran tərəfindən Azərbaycana edilən informasiya hücumları dayanmadı. Amma bunu real müharibə səviyyəsinə çatmağı o qədər də mümkün görünmür. Çünki Azərbaycanla müharibə etmək İranın özü üçün sui-qəsd demək olar”.

T.İsmayılov hesab edir ki, Zəngəzur dəhlizi və Azərbaycan və Türkiyənin təklif etdiyi üç üstəgəl iki formatında İranda iqtisadi baxımdan böyük çıxarlar əldə edə bilər və Azərbaycan İran münasibətlərinin korlanmasında itirən tərəf İran tərəfidir.

“Yaxın zamanlarda münasibətlərdə gərginliyin köklü şəkildə müsbətə doğru dəyişməsini ehtimal etmirəm. Amma eyni zamanda Azərbaycan İran münasibətlərindəki bu sərt ritorikanın da zaman keçdikcə düzələcəyini güman edirəm”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR