Rusiya və İran arasında ŞOK RAZILAŞMA -

İran və Rusiya arasında PUA istehsalı barədə gizli razılaşma əldə edilib.

Metbuat.az xəbər verir ki, bu barədə “Washington Post" qəzeti məlumat yayıb. İddialara görə, İran Rusiyaya Ukrayna ilə müharibə üçün pilotsuz təyyarələr istehsalına kömək edəcək. Kəşfiyyat məlumatlarına əsasən, İran Rusiya ilə yüzlərlə silahlı pilotsuz təyyarə istehsalına başlamaq barədə gizli razılığa gəlib.

Bildirilir ki, Rusiya müharibədə mübarizə üsulunu dəyişdirən nisbətən ucuz, lakin çox dağıdıcı silah ehtiyatlarını artırmaq istəyir. Qeyd olunur ki, saziş həmçinin İrana iqtisadi və siyasi faydalar verəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR