Ərdoğanın "Siyasətdə əbədi küsülü qalmaq olmaz" sözlərinə Əsəd belə cavab verdi

Suriya tərəfi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Misir və Suriya ilə bağlı suala “siyasətdə əbədi küsülülük olmaz” cavabına münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsəd Türkiyə ilə diplomatik danışıqların bərpa olunmasını istəyir. Türkiyənin “Aydınlık” qəzeti Suriyadakı mənbələrinə istinadən xəbər verir ki, Əsəd Suriyanın yüksək rütbəli rəsmiləri ilə görüşdə bölgədəki terror hücumlarına və Qərbin mövqeyinə diqqət çəkib. Əsəd problemlərin həlli üçün Türkiyə ilə münasibətlərin düzəlməsinin tərəfdarı olduğunu deyib.

Əsəd qeyd edib ki, kəşfiyyat dairələri səviyyəsində aparılan danışıqlar artıq siyasi müzakirələrə keçməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR