Rusiyada səfərbərlik elan edilir? -

"Rusiya prezidenti Vladimir Putininölkədə səfərbərlik elan etmək ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil".

Metbuat.az xəbər verir ki, bu fikirləri Kremlin sözçüsü Dmitri Peskov "Ria Novosti"yə açıqlamasında deyib. Peskov qeyd edib ki, Putinin Federal Məclisə edəcəyi müraciətin dəqiq tarixi hələ məlum deyil.

Qeyd edək ki, Putin sonuncu dəfə 2021-ci ilin aprelində Federal Məclisə müraciət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR