Kosta Rika Yaponiyanı məğlub etdi -

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının E qrupunda ikinci turda Yaponiya və Kosta Rika yığmaları üz-üzə gəliblər.

Metbuat.az xəbər verir ki, qarşılaşma Mərkəzi Amerika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 81-ci dəqiqədə Keyşer Fuller vurub.

Kosta Rika qələbə sayəsində ilk 3 xalını qazanıb. Qrup lideri İspaniyanın və ikinci sıradakı Yaponiyanın da 3 xalı var. Xalsız olan Almaniya seçməsi sonuncu sıradadır.

Qrupun digər görüşündə Bundestim İspaniya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR