​Peşəkar kök hüceyrə mütəxəssisi Aytən Əliyeva təltif olundu -

Kök hüceyrələr insanlarda bütün toxumalardakı damarların ətrafında yerləşmiş ana hüceyrələrdir. Toxuma zədələnəndə hüceyrələr aktivləşir, bir tərəfdən toxumaların bərpası üçün lazım olan böyümə faktorlarıni hərəkətə gətirir, digər tərərfdən zədələnmiş nöqtələri sağaltmaq üçün lazım olan əzələ, sümük, oynaq qığırdaqları və piy qatı kimi fərqli toxumalara çevrilə bilirlər. Müasir tibbdə kök hüceyrələrin bir çox xəstəliklərin müalicəsində danılmaz rolu var. Nevroloq, regenerativ tibb - kök hüceyrə mütəxəssisi Aytən Əliyeva ölkəmizdə bu işin peşəkarlarındandır.

Uşaqlıq illərindən həkimliyə həvəsi olan Aytən Əliyeva 2000-2006 Azərbaycan Tibb Universiteti "Müalicə işi" fakültəsini bitirib. İlk olaraq 2006-2007 M. Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında həkim-nevropatoloq olaraq fəaliyyətə başlayan Aytən Əliyevanın sonrakı təcrübəsinə ABŞ-da "North Adams Regional" Hospitalı könüllü həkim, "Azsığorta" Açıq Səhmdar Cəmiyyətində həkim-ekspert, "Azsığorta" Açıq Səhmdar Cəmiyyətində Anderrayting üzrə baş mütəxəssis kimi vəzifələr daxildir.

Ölkəmizdə və xaricdə çoxsaylı seminar və konfransların iştirakçısı olan Dr. Aytən Əliyeva sahəsi üzrə Amerika və Türkiyə kimi ölkələrdə ixtisaslaşmışdır. "ISSCA" sertifikatlı Kök hüceyrə uzmanı qeyd edir:

“Bu üsul estetik və plastik sahədə dərinin 10-15 yaş gəncləşməsi, dəri problemləri, saç tökülməsi, oynaq xəstəlikləri, kişi və qadın sonsuzluğunun müalicəsində önəmli rol oynayır. İndi elm çox inkişaf edib. Biz artıq öz hüceyrələrimiz vasitəsilə özümüzü sağalda bilirik”.

Aytən Əliyeva 30 oktyabr 2022-ci il tarixində "Global Health Awards" layihəsində ilin “The Successful Stem Cell Specialist” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR