Ronaldonu yarım milyarda razı saldılar -

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubu “Al-Nassr” ilə razılığa gəlib.

Metbuat.az xəbər verir ki, “Marca” nəşri belə məlumat yayıb. Bildirilir ki, 37 yaşlı futbolçunun müqavilə müddəti 2,5 ildir. Ərəb klubu bu müqavilə qarşılığında Ronaldoya 500 milyon avro ödəyəcək. Məlumata görə, dünya çempionatı yekunlaşandan sonra tərəflər rəsmi imzaları atacaq.

Qeyd edək ki, Ronaldo açıqalması zamanı Səudiyyə Ərəbistanı klublarından təklif gəliyini təsdiq etmişdi. Ərəb klublarının bundan əvvəl Ronaldoya 250 milyon avroluq müqavilə təklif etdiyi qeyd edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR