Gündəm dəyişdi: Müharibədən dialoqa doğru gedirlər -

Kreml ABŞ Prezidenti Co Baydenin dialoq təklifinə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, açıqlamada bildirilir ki, Prezident Vladimir Putin Baydenlə dialoqa hazırdır. Lakin Rusiya ordusu Ukraynadan çıxmağa hazır deyil.

Qeyd edək ki, Bayden bildirib ki, Putin müharibəni dayandırmaq niyyətində olduğunu ortaya qoysa onunla danışmağa hazırdır. ABŞ lideri qeyd edib ki, hələlik Rusiyanın müharibəni dayandırmaq istədiyinə dair planlarının olduğu müşahidə edilmir. Bayden həmçinin qeyd edib ki, Rusiya ilə danışıqlar NATO müttəfiqlərinin razılığı əsasında keçirilə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR