​Erməni deputatlar Azərbaycana qarşı olan bəyanata niyə "YOX" dedilər?

Xəbər verdiyimiz kimi, dünən üç saat davam edən müzakirələrdən sonra Ermənistanın iqtidar və müxalifəti Azərbaycan Milli Məclisinin bəyanatına cavab olaraq ortaq mövqe ortaya qoya bilməyib.

Qızğın müzakirələrdən sonra Ermənistanın müxalif "Hayastan" fraksiyasının təşəbbüsü ilə hazırlanan layihənin müzakirəsi zamanı zalda iştirak edən 97 deputatdan cəmi 29-u bu qərarı dəstəkləyib. Qalanları bitərəf qalıb.

Erməni deputatlar Azərbaycana qarşı olan bəyanata "YOX" dedilər

Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Eduard Ağacanyan bəyanatın qəbul edilməməsinin səbəbini açıqlayıb.

Metbuat.az xəbər verir ki, o, buna səbəb kimi "Hayastan" fraksiyasının təşəbbüsü ilə hazırlanan layihənin müharibədən əvvəlki xarici siyasətin məntiqinin davamı kimi göstərib: "Bu, qəbuledilməzdir. Çünki bugünkü mövcud vəziyyət həmin yürüdülən siyasətin nəticəsidir".

Ağacanyan həmçinin vurğulayıb ki, bəyanatda yer alan terminlər Ermənistanın təklif etdiyi sülh məsələlərinin gündəliyinə töhfə vermir, əksinə daha çox risk yaradır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR