“İran Livandakı erməni təşkilatları ilə işbirliyində​dir” -

“İranın cinayətkar molla rejimi bütün istiqamətlərdən - harada ölkəmizin maraqlarına qarşı fəaliyyət varsa, harada Azərbaycan və Türkiyə əleyhinə terror, diversiya planları hazırlanırsa, “İran” adlanan şər yuvasının emissarları orada “zühur” edir, təxribatlara hərtərəfli dəstək göstərməyə çalışırlar”.

Metbuat.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Analitik hesab edir ki, İran Livandakı erməni təşkilatları ilə işbirliyindədir.

“Ermənilər bu məsələyə görə Türkiyənin Afrin əməliyyatından narahatdır”

Elçin Mirzəbəyli

“Molla rejimi ilə bağlı gündəlik araşdırmalarımı davam etdirirkən diqqətimi Livanın Milli Xəbər Agentliyinin internet resursunda noyabrın 26-da yayımlanan bir xəbər çəkdi. Xəbərdə deyilir ki, “Livandakı Erməni Katolik Kilikiya Evinin katalikosu, patriarx Rafail Bedros XXI Minassiyan Beyrut arxiyepiskopu Georgi Assaduryan, Türkiyənin Erməni Katolik Yeparxiyasının keçmiş arxiyepiskopu Georgi Xozomyan və digərlərinin iştirakı ilə İranın Livandakı səfiri Moctaba Amani ilə görüşüb. Səfirin dostluq ziyarəti Livandakı İran səfirliyi ilə erməni patriarxlığının dostluq əlaqələrinin genişləndirilməsi ilə bağlı olub. Bir saatdan çox davam edən görüşdə tərəflər İranla Ermənistan arasındakı əlaqələri, o cümlədən Ermənistanın qarşılaşdığı çoxsaylı çağırışlara qarşı İranın dəstəyini müzakirə ediblər”. Təfərrüatına varmayacağam, amma Livandakı erməni kilsələrinin erməni terrorizminin əsas ideya və dəstək mərkəzlərindən biri olduğunu, düşünürəm ki, təkrarlamağa ehtiyac yoxdur”.

E.Mirzəbəyli qeyd etdi ki, həm birinci, həm də ikinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinə göndərilən muzdlular və terrorçularla bağlı əlaqələndirici missiyasını yerinə yetirən mərkəzlərdən biri də Erməni Kilikiya Evi və Beyrutdakı arxiyepiskopluq olub.

Patriarx Rafail Bedros və Beyrut arxiyepiskopu Assaduryanın İkinci Qarabağ müharibəsində ölkəmizə terrorçuların göndərilməsində rolunu xüsusilə vurğulayan E.Mirzəbəyli fikirlərinə əlavə olaraq bildirdi ki, vaxtilə işğal altında olan ərazilərimizdə, o cümlədən Laçında Livandan olan ermənilərin məskunlaşdırılması prosesinə rəhbərlik ediblər.

“Muzdlular və terrorçular üçün maliyyə vəsaitlərinin bir hissəsi də, məhz Beyrut arxiyekiskopluğunda toplanılıb. İranın Livandakı səfirinin Erməni Katolik Kilikiya Evində keçirdiyi görüşdə diqqət çəkən məqamlardan biri də Türkiyənin Erməni Katolik Yeparxiyasının keçmiş arxiyepiskopu Georgi Xozomyanın iştirakı ilə bağlıdır. Görünür, İran ermənilərlə birlikdə, təkcə Azərbaycana qarşı deyil, həm də Türkiyə əleyhinə ortaq təxribat planları üzərində işləyir və bu prosesi erməni terror təşkilatlarının, o cümlədən ASALA-nın yerləşdiyi Luvan üzərindən həyata keçirmək niyyətindədir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR