DÇ-da qalmaqal:

Qətərdə keçirilən DÇ-2022-də qalmaqal yaşanıb.

Metbuat.az xəbər verir ki, Kamerun Futbol Federasiyasının prezidenti Samuel Etoo azarkeşə təpik vurub.

Hadisə "Barselona"nın və Kamerun millisinin sabiq hücumçusu stadionun yaxınlığında azarkeşlərlə şəkil çəkdirdiyi vaxtda baş verib. Həmin vaxt hər şeyi kameraya çəkən şəxs Etooya nə isə deyib. Bundan qəzəblənən Samuel gəncin üstünə şığıyıb, sonra da üzünə təpik vurub.

Etoonun əhatəsindəki şəxslərdən biri zərərçəkmişin kamerasını da əlindən alıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR