“Azərreyl”in oyunlarının vaxtı və yeri açıqlandı

Çağırış kuboku yarışında mübarizə aparan qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun 1/16 final mərhələsində Almaniyanın “Thüringen” komandasına qarşı keçirəcəyi oyunların yeri və vaxtı dəqiqləşib.

Metbuat.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, klublar arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, hər iki matç Almaniyada baş tutacaq.

Dekabrın 14-də və 15-də keçiriləcək görüşlərdə ilk gün təmsilçimiz, ertəsi gün isə rəqib meydan sahibi sayılacaq.

Qeyd edək ki, “Azərreyl” 1/32 finalda Slovakiya təmsilçisi “Slaviya”nı mübarizədən kənarlaşdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR