Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
13:08 19 Yanvar 2015
60 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yanvarın 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində bir sıra qanun pozuntuları aşkar edilib. Yol verilmiş qanun pozuntularına görə 80 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 7 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə 34 iş üzrə 57100 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 9 iş üzrə 869.9 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 227 iş üzrə 34731 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 14, icra qurumlarına isə 13 iş göndərilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ekoloji_qanunvericiliyin_teleblerine_riayet_olunmasi_veziyyeti_arasdirilib-825714

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR