"Qucaqlaşma" xidməti göstərən Missi Robinson adlı qadının aylıq qazancı yüz minlərlə dollardır.
Metbuat.az xəbər verir ki, qadın bir seans üçün qazancının 500 dollar civarında olduğunu ifadə edib. Qadın bildirib ki, onun müştəriləri arasında kişilərlə yanaşı qadınlar və qocalar da var. Robinsonun sözlərinə görə, o xidmət zamanı kişilərdən yaxınlıq təklifi alsa da, qətiyyən belə təklifi qəbul etmir.


