Bu ölkədə insanların yaşı 1-2 il azalacaq -

Cənubi Koreya ənənəvi yaş hesablama metodunu ləğv etmək və beynəlxalq standartı qəbul etmək üçün yeni qanun qəbul edir.

Metbuat.az xəbər verir ki, bu qanun vətəndaşların yaşının rəsmi sənədlərdə bir və ya iki il azalmasına imkan verəcək. Məlumata görə, Cənubi Koreyada insanların yaşının hesablama sistemi fərqlidir. Cənubi Koreyada uşaq anadan olan kimi onun 1 yaşda olduğu hesab edilir. Hər il yanvarın 1-də isə bir yaş əlavə olunur.

Həmçinin, hərbi xidmətə çağırış yaşında, alkoqol və siqaret çəkmə yaşının hesablanmasında fərqli sistem mövcuddur.

Lakin Cənubi Koreya tibbi və hüquqi sənədlər üçün yaşın hesablanmasında beynəlxalq normadan istifadə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR