Nazirlikdən aksiyaya dəstək -

Mədəniyyə Nazirliyi azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirdiyi aksiyaya dəstək verib.

Metbuat.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Nuridə Allahyarova məlumat yayıb.

"Mədəniyyət Nazirliyi olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları və mütəxəssisləri ilə birgə işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən müvəqqəti Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətində olan məntəqələrdə yerləşən tarixi abidələrin monitorinqini keçirtməyə hazırıq!", - deyə məlumatda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR