Evində yaşayanlara əziyyət verdi:

Türkiyədə ev sahibi kirayə verdiyi mənzildə yaşayanları evdən çıxartmaq üçün qəribə bir üsula əl atıb.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ev sahibi gecələr bacanın borusundan səsgücləndiriciləri qoşaraq aşağı mərtəbədə yaşayanlara psixoloji təzyiq etməyə başlayıb. Bütün bu hadisələri lentə alan kirayəçi Nüsrət Durmaz polis şöbəsinə gedərək şikayət edib.

İki ildir bu evdə yaşadıqlarını izah edən Durmaz polisə şikayətində bildirib ki, hər ay kirayə pulunu ödəsələr də ev sahibi qiymətləri yüksəltdiyi üçün belə addımlara əl atır.

"Bizə soba borusundan musiqi dinlətdirib əziyyət vermək istəyir. İndiki vəziyyət bizim cəmiyyətin qanayan yarasıdır. Əgər haqlısansa, təslim olmayıb haqqını axtarmalısan", - deyə o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR