Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində vəfat edənlərin kimliyi məlum olub.
Metbuat.az onların adlarını təqdim edir:
1976-cı il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu;
1980-ci il təvəllüdlü Musayev Vüqar Tərxan oğlu;
1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu;
1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu hadisə yerində həyatlarını itirib.
Həlak olan bir nəfər sərnişinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür. Yük avtomobilinin sürücüsü Elçin Atayev isə Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.