"Qarabağ" dörd futbolçusu ilə müqaviləni yenilədi

"Qarabağ" dörd futbolçusu ilə müqaviləni yeniləyib.

Metbuat.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, Musa Qurbanlı, Toral Bayramov, Elvin Cəfərquliyev və İsmayıl İbrahimli ilə 3,5 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Cəfərquliyev və İbrahimli 2018-ci, Bayramov və Qurbanlı isə 2019-cu ildən Ağdam təmsilçisinin formasını geyinir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR