Tbilisiyə uçan iki təyyarə Bakıya eniş edib

Banqkok-Tbilisi marşrutu üzrə reys həyata keçirən Malayziyanın "AirAsia" şirkətinin təyyarəsinin kapitanı təyinat məntəqəsində duman olduğuna görə Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş sorğusu göndərib.

Metbuat.az hava limanına istinadən xəbər verir ki, “Airbus A330” təyyarəsi yerli vaxtla saat 09:13-də Bakı hava limanına eniş edib.

Həmçinin səhər saatlarında Bakı aeroportu duman səbəbindən Tbilisi beynəlxalq hava limanına eniş edə bilməyən Polşanın LOT aviaşirkətinin təyyarəsini qəbul edib. Hava gəmisi saat 07:46-da Bakıdan təyinat yerinə yola düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı